Həmədanda türk şeiri və aşıq musiqisi tədbiri böyük maraqla qarşılanıb-VİDEO

Türk şeiri və musiqisi tədbirinə minlərlə insan axın edib.

Təbriz Turan TV xəbər verir ki, Azərbaycanın güneyi Həmədan əyalətinin Dərgəzin şəhərində keçirilən türk şeiri və aşıq musiqisi tədbiri əhalinin geniş marağına səbəb olub və tədbirə minlərlə insan axın edib.

Zəngan, Qum, Həmədan, Tehran, Mərkəzi, Qəzvin əyalətlərindən mədəni tədbirə qatılan şair və aşıqların türkcə çıxışları alqışlarla qarşılanıb.

Bundan öncə fevral ayında Həmədanın Kəbudərahəng şəhərində keçirilən “Aşıqlar Bayramı Festivalı”na güney azərbaycan türklərininin axını hökumət qurumlarının nigəranlığına, media və sənətçilərin təəccübünə səbəb olmuşdur.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

thirteen − 5 =

Tarix

booked.net booked.net
%d bloggers like this: