Aprelin 3-ü səhər saatlarından Güney Azərbaycanın Həmədan əyalətində yük maşınlarının sürücüləri işi dayandırıb.
Təbriz Turan TV xəbər verir ki, narazı sürücülər bəyan edib ki, aldıqları əmək haqqı hazırki inflasiyaya uyğun deyil.
Aksiya iştirakçıları əmək haqlarının artırılmasını istəyirlər.
“Həmədan-Savə yolunda hər gün minlərlə yük maşını hərəkət edirdi. Bu gün ərzində yalnız iki yük maşını bu yoldan keçib”-deyə, həmədanlı sürücülərdən biri sosial mediada aksiya ilə bağlı yaydığı videoda deyir.
Qeyd edək ki, aksiya Sürücülərin Ümumölkə Koordinasiya Şurasının dəvəti ilə başlanıb.
Həmədanla yanaşı, Kirman, Loristan, tehran və başqa bir neçə əyalətdə də tətil aksiyası keçirilir.