Həmədanlı türk idmançı ölkə çempionatında birinci yeri tutub

Həmədanlı türk idmançı Şima Səfayi ölkə çempionatında böyük uğura imza atıb. Bu barədə Həmədan əyalətinin Stolüstü Tennis Federasiyasının sədri Zahra Abutalibiyan məlumat paylaşıb.

Təbriz Turan TV xəbər verir ki, Zahra Abutalibiyanın sözlərinə görə, əyalətin idman fenomenlərindən biri olan Şima Səfayi ölkənin müxtəlif əyalətlərindən olan seçilmiş 100 idmançının iştirakı ilə İsfahan şəhərində keçirilən stolüstü tennis yarışlarında birinci yeri tutub. 

Abutalibiyanın dediyinə görə, həmədanlı xanım idmançı final qarşılaşmasında rəqibi Məryəm Fərini 4-0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. 

Qeyd edək ki, həmədanlı idmançı bundan öncə yerli və xarici yarışlarda yeniyetmələr, gənclər, və böyüklər yaş kateqoriyalarında dəfələrlə birinci yeri tutub.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

three × 4 =

Tarix

booked.net booked.net
%d bloggers like this: