Tacikistanın paytaxtı düşənbə şəhərində keçirilən Cüdo idman növü üzrə Asiya yarışlarında Həmədanın Məlayir şəhərindən olan türk xanım idmançı Səba Kərəməli böyük uğura nail olub.
Təbriz Turan TV xəbər verir ki, Səba Kərəməli ikinci yeri tutub.
Bu barədə Həmədan əyalətinin Cüdo Federasiyasının başçısı Süleyman Cavanmərdi mediaya verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, yarışlara iki həmədanlı xanım idmançı qatılıb. Onlardan biri zədələndiyi üçün yarışlarda iştirakını dayandırıb.
S.Cavanmərdinin sözlərinə görə, İranı Asiya yarışlarında təmsil edən yığma komandanın 8 üzvündən ikisi həmədanlıdır və ən parlaq nəticəni Səba Kərəməli göstərərək Asiya ikincisin olub.