Horandda qanunsuz tarixi əşya qaçaqmalçıları həbs edilib

Təbriz Turan TV

Horandda qanunsuz tarixi əşya qaçaqmalçıları həbs edilib. Bu barədə Şərqi Azərbaycan əyalətinin Əhər şəhərinin polis idarəsi məlumat yayıb.

İdarənin rəisi polkovnik Qudrət Ağapur bildirib ki, daxil olan məlumatlar əsasında tarixi və antik əşya axtarışı məqsədi ilə Horandın kəndlərindən birində qanunsuz qazıntı aparan dəstəyə qarşı əməliyyat keçirilib və 11 nəfərlik dəstə üzvləri həbs olunub.

O, əməliyyat zamanı çoxlu sayda elektrik qazma qurğuları, metal detektor, planşet, noutbuk skaneri və digər qazıntı aparatları aşkar edilərək götürülüb.

Qeyd edək ki, 50 min nəfər əhalisi olan Horand şəhəri Təbrizin şimal-şərqinin 130 kilometrliyində yerləşir.

Bura bir çox tarixi məkan və abidələrlə zəngin olduğu üçün daima tarixi əşya qaçaqmalçılarının diqqət mərkəzində olub.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

2 × three =

Tarix

booked.net booked.net
%d bloggers like this: