Martın 17-i səhər saatlarında İranın cənubunda yerləşən Hormozqan əyalətinin bir sıra yerlərində 6 bal gücündə zəlzələ baş verib.
Təbriz Turan TV xəbər verir ki, İranın rəsmi televiziyasının yaydığı məlumatda bildirilir ki, yeraltı təkanlar bu gün yerli vaxtla səhər saat 02:45-də Hormozqan əyalətinin Bəstək şəhərində qeydə alınıb.
Hormozqan əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Mehrdad Həsənzadə ilkin məlumatlara görə, bir sıra evlərin dağıldığı və xəsarəet aldığı barədə məlumatlar daxil olduğunu, ancaq insan itkisinin qeydə alınmadığını deyib.
zəlzələ nəticəsində elektrik naqillərinə ziyan dəydiyi və bir sıra bölgələrdə elektrik enerjisinin verilişində problemlər yarandığı bildirilir.
Yerli medianın məlumatına görə, zəlzələdən sonra bölgə əhalisi evlərini tərk edib. Küçə və parklarda gecələyiblər.