İran Əfqanıstana nota verdi

Əfqanıstanın Tehrandakı müvəqqəti işlər vəkili aprelin 12-də İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Təbriz Turan TV xəbər verir ki,İranın Kabildəki səfirlik binasına və Heratdakı Baş konsulluğuna hücumlar edilməsi pislənilib.

Qeyd edək ki son günlər bəzi media orqanları və sosial mediada İranda əfqanıstanlı mühacirlərə qarşı pis davranıldığını əks etdirən çox sayda məlumat və görüntülər yayılıb.

Bunun ardınca Əfqanıstanda insanlar etiraz aksiyası keçirib. İran səfirliyi və konsulluqları qarşısına toplaşaraq Tehran rəsmiləri əleyhinə şüarlar səsləndiriblər.

Bundan sonra İranın Əfqanıstandakı səfirliyi və baş konsulluqları təhlükəsizlik məsələlərinə görə fəaliyyətini 1 həftəlik dayandırıb.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

eighteen − fourteen =

Tarix

booked.net booked.net
%d bloggers like this: