İran məmurlarının iki muğanlını döyməsi böyük etirazlara səbəb olub-VİDEO

Azərbaycanın güneyi Muğan bölgəsinin Parsabad şəhərində iki nəfərin İran məmurları tərəfindən döyülüb. Sosial mediada bununla bağlı görüntülərin yayılması insanların böyük narazılığına səbəb olub.

Təbriz Turan TV xəbər verir ki, görüntü ilə birgə yayılan məlumatda qeyd olunur ki, iki parsabadlı Rabitə Nazirliyinin yerli idarəsinə müraciət edərək işlərinə baxılmamasına etiraz ediblər. Onların etirazından sonra məmurlar tərəfindən təzyiqə məruz qalıblar.

Sosial media istifadəçiləri son vaxtlar daha da qəddarlaşan İran polisi və SPEAH- məmurlarının əhaliyə qarşı düşməncə, orta əsrlərdəki yadelli işğalçılar kimi davrandıqlarını yazıblar. 

Məsələ ilə bağlı Rabitə İdarəsi və yerli polis bölməsinin hər hansı açıqlama verməməsi xüsusilə parsabadlı sosial media fəallarının hiddətinə səbəb olub və onlar paylaşımlarında bunu məsulların vətəndaşları saymaması ilə əlaqələndiriblər.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

six + three =

Tarix

booked.net booked.net
%d bloggers like this: