İran mediası Azərbaycan prezidenti İlham Əliyevin İsrailin dövlət başçısına məktub göndərməsini müzakirəyə çıxarıb. Sionistlər Azərbaycan Respublikasında xərçəngvari kök salıblar.
Təbriz Turan TV xəbər verir ki,Sionistlərin Azərbaycanı İslam dünyasından ayırmaq cəhdi, öz kəşfiyyat və casusluq şəbəkəsi yaratmaq səyləri, habelə “Pegasus” casus proqramı vasitəsilə Azərbaycan vətəndaşlarının və jurnalistlərinin telefon danışıqlarını dinləməsi ölkə xalqının İsrailə dərin nifrətinin əsas səbəblərindəndir”-deyə, SEPAH-a məxsus olan “Tasnimnews” saytının Azərbaycana qarşı hədə dolu xəbərində belə deyilir.
SEPAH-ın nəzarətində olan media orqanı “Azərbaycan xalqının sionist rejimin Azərbaycan Respublikası ərazisindən İrana qarşı təxribat xarakterli hərəkətlər həyata keçirməsindən narahat” olduğunu iddia edib.
İsrailin Qarabağda yenidənqurma layihələri adı altında Azərbaycanda yerləşməsindən narahatlığını ifadə edib.
İsrailin Azərbaycan ərazilərindən İrana qarşı istifadə edə biləcəyi barədə ehtimallar irəli sürən sayt yenidən Azərbaycana qarşı təhdid mesajı ilə çıxış edib
Sayt bunun Azərbaycan üçün problemlər yaradacağı barədə xəbərdarlıq edib.
“Azərbaycan Prezidentinin İshaq Herzoqa məktub ünvanlayaraq Azərbaycan xalqı adından İsrailə başsağlığı verdiyi və ya öz şəxsi hisslərini ifadə etməsi aydın deyil”-deyə, sayt yazıb.