İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə dekabrın 13-də mediaya açıqlamasında İsrailin baş naziri Naftali Bennetin ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərinə reaksiya verib.
İsraili regionda “təhlükəsizliyin, gərginliyin və müharibəyə təhrikin mənbəyi və səbəbkarı” adlandıran S.Xətibzadə iddia edib ki, “İsrail islam dünyasının və ərəb ölkələrinin 1 nömrəli düşməni”dir.
Biz Qərbi Asiyanın mühüm regionunda İsrailin mövcudluğunun möhkəmlənməsinə gətirib çıxaracaq hər hansı bir hərəkətlə bağlı ciddi xəbərdarlıq edirik”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.
BƏƏ və İsrail ötən il Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə diplomatik əlaqələrini normallaşdırıblar.
Xatırladaq ki, dekabrın 13-də Birləşmiş Ərəb Əmirliklərinə səfər edən İsrailin baş naziri Naftali Bennet Əbu-Dabi vəliəhdi Məhəmməd Bin Zayid Al Nəhyan ilə görşərək iki ölkə arasındakı qarşılıqlı əlaqələr, eləcə də İran məsələsi barədə danışıqlar aparıb.
Bu, İsrailin baş nazirinin Birləşmiş Ərəb Əmirliklərinə ilk rəsmi səfəridir.
