İranın Sənadakı səfiri, İranı husilərin nəzarətində olan ərazilərdə təmsil edən SEPAH zabiti Həsən İrlu tələsik Yəməndən ayrılıb.
NEWSru.co.il yazır ki, iranpərəst yaraqlılar hava dəhlizi üçün hava məkanına nəzarət edən Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə müraciət etməyə məcbur olublar.
İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək vəzifəli nümayəndəsi İrlu bir il əvvəl Sənaya göndərilib.
İsrail qəzeti qeyd edir ki, İrlunun İrana qayıtmasının səbəbinin nə olduğu aydın deyil. Versiyalardan birinə görə, o, koronavirus infeksiyasına yoluxub və sağalmaq üçün vətəninə qayıdıb.