Bir sıra məhbuslar dözülməz şərayitə qarşı çıxış yolunu intiharda görürlər.
Təbriz Turan TV xəbər verir ki, xüsusilə son illər İran zindanlarında saxlanılan məhbusların intihar halları kəskin artıb və bir sıra məhbuslar dözülməz şəraitə qarşı çıxış yolunu intiharda görürlər.
İran insan haqları təşkilatlarının verdiyikləri məlumata görə, aprelin 2-də Tehranın “Fəşafuyə” zindanında saxlanılan daha bir məhbus intihara cəhd edib.
Məlumatda Məcid Keşvəri adlı məhkumun ağır xəstəlikdən əziyyət çəkdiyi üçün zindandan qıraq xəstəxanada əməliyyata ehtiyacı olduğu barədə həkimlər rəy veriblər.
Həkimlərin rəyi və məhkumun zindan rəhbərliyinə müraciətinə baxmayaraq ona cərrahi əməliyyat olunmaq üçün icazə verilməyib.
Ağır xəstəlikdən və zindan nəzarətçilərinin psixi və fiziki basqılarından yorulan Məcid Keşvərinin intihar etdiyi, ancaq kamera yoldaşları tərəfindən həyatının xilas edildiyi bildirilir.
Qeyd edək ki, Tehranın Fəşafuyə həbsxanasında hakim olan ağır şərayitə, məhkumalara qarşı amansız davranışa görə, dəfələrlə etiraz, aclıq aksiyası keçirilib və onlarla məhbus intihar ediblər.