İrana bağlı terrorçu qruplar Bağdadda təxribat törədib+VİDEO

İrana bağlı terrorçu qruplar Bağdadda təxribat törədib. İraqın “Əl Suməriyyə” televiziyasının rəsmi veb saytı xəbər yayıb.

Təbriz Turan TV xəbər verir ki, məlumata görə, martın 27-dən 28-ə keçən gecə İrana bağlı radikal qruplar Bağdad şəhərində təxribata əl atıb və İraqın Kürdüstan Demokrat Partiyasının ofisini yandırıblar.

Təhlükəsizlik qüvvələrinin hadisə yerinə cəlb olunduğunu barədə məlumat verən sayt yanğının söndürüldüyünü bildirib.

Buna baxmayaraq İran İslamı İnqilab Keşikçiləri Korpusunun rəsmi media qrupu və İrana bağlı radikal qrupların xəbər qaynaqları etirazların davam etdiyini yazıblar.

Onlar ofisin yandırılmasına səbəb kimi kürdəsilli siyasətçi Nayif əl-Kürdüstaninin İraqın şiə din xadimlərini, o cümlədən Seyid Əli Sistaninin təhqir etməsini göstəriblər.

Partiya qərargahının ələ keçirilərək yandırılmasından sonra İrana bağlı radikal terrorçu qruplar hadisə yerinə toplaşaraq aksiyalar keçirməyə başlayıblar.

İraq Daxili İşlər Nazirliyi Nayif əl-Kürdüstani adlı şəxsi sosial mediada paylaşdığı təhqiramiz ifadələrə görə həbs etdiyini bildirib.

Qeyd edək ki, İraqda parlamentin formalaşması və parlament başçısının seçilməsi prosei İrana bağlı yarım hərbi qrupların müdaxiıləsi nəticəsində baş tutmayıb.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

twenty − sixteen =

Tarix

booked.net booked.net
%d bloggers like this: