İranda Ətraf Mühit İdarəsinin rəisini biabır edən jurnalist danışıb-VİDEO

İranda Ətraf Mühit İdarəsinin rəisini biabır edən jurnalist danışıb

Ətraf Mühit İdarəsinin rəisinin ayağı suya dəyməsin deyə işçilərindən birinin belinə minməsini çəkərək ictimailəşdirən iranlı jurnalist və ətraf mühit fəalı Ehsan Parsa İranın əmniyət gücləri tərəfindən təhdid olunduğunu bildirib.

Ehsan Parsa habelə deyib: “Məndən məsələ ilə bağlı bir yanlışlıq olduğu və ətraf mühit idarəsi rəisinin ayağı ağrıdığı üçün başqasının belinə minməsini söylədiyim bir video hazırlayıb paylaşmağımı tələb etdilər. Mən isə “əgər o günahsızdırsa, özünü müdafiə etsin” dedim. Onlar isə məni təhdid etdilər ki, ya videonu çək və paylaş, ya da bu sənə çox baha başa gələr və sənə problem yaradar. Nəticədə, noyabrın 9-da günorta saat 12:30-da tutuldum və həbsə atıldım”.

Xatırladaq ki, jurnalist Ehsan Parsa bir neçə gün öncə Ətraf Mühit İdarəsinin rəisinin ayağı su olmasın deyə işçilərindən birinin belinə minməsini göstərən video yayıb. İranda nəinki media azadlığı yoxdur, hətta məsul şəxslərin yanlışlarını çəkib xalqa göstərməyin cəzası belə var.

SÖZÜ GEDƏN VİDEO

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

sixteen − 8 =

Tarix

booked.net booked.net
%d bloggers like this: