Martın 29-dan 30-a keçən gecə İranın Buşehr əyalətinin Günavə limanında silahlı qarşıdurma baş verib. Olay zamanı bir zabit öldürülüb.
Təbriz Turan TV xəbər verir ki, bir məmurun isə hadisədə ağır yaralandığı bildirilir.
Silahlı qarşıdurma ilə bağlı yayılan məlumatda bildirilir ki, gecə saatlarında minik avtomobilini saxlayan İran İslam İnqilabı Keşikçiləri Korpusunun iki hərbçisi güllələnib.
Leytenant Seyid Nəvid Musəvi yerindəcə ölüb, baş leytenant Cəlil Drazənin isə ağır yaralanıb.
Buşehr əyalətinin rəsmiləri silahlıların hadisə yerindən qaçdıqlarını və onların saxlanılması üçün axtarış əməliyyatlarının başlanıldığını deyib.