İranda Çabahar Azad sənaye və ticarət zonasının icraçı direktoru həbs edilib

İranın Sistan-Bəlucistan əyalətinin Çabahar şəhərinin Azad Sənaye və Ticarət Zonasının icraçı direktoru Əbdülrəhim Kordi həbs edilib.

Təbriz Turan TV xəbər verir ki, bu barədə Sistan-Bəlucistan əyalətindəki SEPAH terror təşkilatının ictimaiyyətlə əlaqələr bölməsi yanvarın 23-də məlumat yayıb.

Yayılan məlumata görə, Əbdülrəhim Kordi, Çabahar Azad Sənaye və Ticarət Zonasında çoxlu qanun pozuntularına yol verilməsi və mənimsəmə hallarının baş alıb getməsi ilə əlaqədar vətəndaşların çoxsaylı şikayətlərindən sonra müvəqqəti olaraq həbs edilib.

Hazırda Əbdülrəhim Kordinin Çabahar Azad Sənaye və Ticarət Zonasında baş vermiş qanun pozuntuları və mənimsəmə halları ilə bağlı dindirildiyi bildirilir. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

three + thirteen =

Tarix

booked.net booked.net
%d bloggers like this: