İranın Loristan əyalətində daha ağır bir yol qəzası baş verib.
Loristan Təcili Tibbi Yardım Mərkəzinin rəisi Əli Mehrzad Səfdəri yol hadisəsi ilə bağlı mediaya açıqlamasında deyib ki, qəza bu gün yerli vaxtla səhər saat 07:39 radələrində Xürrəmabad-Çəm Ənicir magistral yolunda baş verib.
“Sürətlə hərəkət edən mikroavtobus naməlum səbəbə görə yoldan çıxaraq aşıb. Qəza nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralılar Xürrəmabad xəstəxanalarına yerləşdirilib. Xoşbəxtlikdən hadisədə ölən olmayıb”, -deyə Loristan Təcili Tibbi Yardım Mərkəzinin rəisi Əli Mehrzad Səfdəri bildirib.
Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir.