İranda etiraz aksiyasına qatılan müəllimlər saxlanılıb

Fevralın 22-də İranın onlarla şəhərində müəllimlərin etiraz aksiyası keçirilib.

Təbriz Turan TV xəbər verir ki, aksiya zamanı bir neçə müəllim təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Yasucda yaşayan müəllim və sinfi fəal Əlihəsən Behamin,Doktor Bahamin, fizika katib, Əlborz Müəllimlər Birliyinin üzvü  Solmaz Feyzullahzadə və sinfi fəal, müəllim Mənijə Neməti həbs olunaraq naməlum yerə aparılıblar.

Qeyd edək ki, fevralın 22-də İran Təhsil İşçiləri Koordinasiya Şurasının çağırışı ilə onlarla şəhərdə etiraz aksiyası keçirən müəllimlər əmək haqlarının qaldırılmasını, rütbələndirmə qanununun icrasını, siğorta xidmətlərindən istifadə şərtlərinin asanlaşdırılmasını və məhbus müəllimlərin azadlığa buraxılmalarını tələb ediblər. 

Şiraz: Doktor Bahamin, fizika katibi, bu çıxışa görə həbs olundu.

Tərcüməsi :Biz müəllimlər qanunçu olmaqdan, haqq axtarışından yorulmayacağıq, biz də siz məmurları aradan qaldıracağıq. Biz darıxmayacağıq Mən şüurlu, qorxmaz və doğru bir mədəniyyət istəyirəm Ayrı-seçkiliyə məruz qalmaqdan bezmişəm Yorulmayacağam, solmayacam çünki vətən sevgisindən məyus olmayacağam.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

5 × two =

Tarix

booked.net booked.net
%d bloggers like this: