İranda ikisi bəluc olmaqla daha 3 məhkum edam edilib

İranda ikisi sünni məzhəbli bəluclardan olmaqla daha 3 məhkum edam edilib.

İrandakı Bəluc Fəalları Kampaniyasının yaydığı xəbərə görə, narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq barələrində ölüm hökmü çıxarılmış məhkumlar Nəim Şəhbəxş və Əbdülxaliq Salarzehi dekabrın 19-u səhər saatlarında Şirazın mərkəzi zindanında dara çəkiliblər.

Həmin gün 9 il əvvəl ərini qətlə yetirməkdə təqsirli bilinən daha bir məhkum Fatimə Aslani İsfahanın Dəstgerd həbsxanasında dar ağacından asılıb.

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

16 + twenty =

Tarix

booked.net booked.net
%d bloggers like this: