İranda keçirilən bir sorğunun nəticələri göstərir ki, hər iki gəncdən biri mühacirət haqqında düşünür – FOTO

İranda yaşı 18-30 arasında olan 1300 gənc arasında keçirilmiş bir sorğunun nəticələri göstərir ki, hər iki gəncdən biri xarici ölkələrə mühacirət haqqında düşünür.

Yayılan məlumata görə, “Keyou” Sorğu Müəssisəsi tərəfindən keçirilmiş və nəticəsi dekabrın 15-də yayılmış sorğunun nəticələrinə görə, sorğuda iştirak edənlərin 33 faizindən çoxu isə “şərait və fürsət yaranacağı təqdirdə” hər hansı bir tərəddüdə yol vermədən mühacirət edəcəklərini bildiriblər.

“Keyou” Müəssisəsinin keçirdiyi sorğunun nəticələri həmçinin göstərir ki, İranda mühacirətə meyl qlobal orta göstəricisindən təxminən iki dəfə, regional orta göstəricidən isə bir qədər yüksəkdir.

Sorğunun nəticələrinə görə, paytaxt Tehran sakinləri arasında ali təhsil olan gənclər və 18-30 yaşları arasında olan subaylar arasında ölkənin digər bölgələri ilə müqayisədə mühacirətə meyilli olanların sayı daha çoxdur.

Sorğuda iştirak edənlərin 80 faizi isə mühacirətə meyilli olmalarının səbəbini ölkənin ağır iqtisadi durumu, öz gələcək inkişaf və həyatları üçün müsbətə doğru hər hansı bir perspektivin olmaması və digər amillərlə əlaqələndiriblər.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

2 × three =

Tarix

booked.net booked.net
%d bloggers like this: