İslamşəhrin Təhsil İşçiləri Dərnəyinin fəal üzvlərindən biri və müəllim olan Rəsul Budağı Tehranın İnqilab Məhkəməsinin qərarı ilə həbs cəzasına məhkum olunub.
Təbriz Turan TV xəbər verir ki,İnqilab Məhkəməsinin qərarına görə Budağı 5 il həbs cəzasınını çəkdikdən sonra ölkədən çıxışına və 2 il müddətinə Tehran və qonşu əyalətlərdə yaşamasına qadağa qoyulub.
Onun vəkili Ramin Səfərniyanın verdiyi məlumata görə, Rəsul Budağı “Əlbir olmaq və toplaşmaq” ittihamına görə 4 il, “təbliğat fəaliyyətləri”nə görə isə 1 il müddətinə azadlıqdan məhrum edilib.
Onunla yanaşı başqa müəllim, Fars əyalətinin Təhsil İşçiləri Dərnəyinin fəal üzvü Rəsul Kargərdə 1 illik həbs cəzasına məhkum olunub.