Təbriz Turan TV xəbər verir ki, İran təqviminin 29-cu fərvərdində ordu günü qeyd olunur, bütün ölkə ərazisində kütləvi hərbi paradlar və sərgilərlə müşayiət olunur, burada mələfəbaşlar öz hərbi qüdrətlərini və silahlanma sahəsində ən son nailiyyətlərini və niyyətləırini nümayiş etdirirlər.
Hərbi parad başlamazdan əvvəl keçirilən mərasimdə prezident İbrahim Rəisi İsrailə ənənəvi mesaj verib:
❗️Sionist rejimə mesajımız budur ki, əgər siz region ölkələri ilə münasibətləri normallaşdırmağa çalışırsınızsa, bilin ki, sizin ən kiçik addımınız İslam Respublikasının kəşfiyyatı və silahlı qüvvələrinin gözündən yayınmayacaq və bilin ki, İrana qarşı hər hansı kiçik bir hərəkət İran silahlı qüvvələrinin hədəfi sionist rejimin mərkəzi olmasıdır.