İranda silahlı qarşıdurmada yaralanan daha bir SEPAH zabiti öldü

Martın 29-dan 30-a keçən gecə əyalətin Günavə limanında silahlı qarşıdurmada yaralanan zabit baş leytenant Cəlil Drazə xəstəxanada keçinib.

Bu barədə İranın Buşehr əyalətinin Polis İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

Qeyd edək ki. üç gün öncə Buşehr əyalətinin Günavə limanında silahlı qarşıdurmada minik avtomobilini saxlayan İran İnqilabı Keşikçiləri Korpusunun iki hərbçisi güllələnib.

Leytenant Seyid Nəvid Musəvi yerindəcə ölüb,  baş leytenant Cəlil Drazənin isə ağır yaralı şəkildə xəstəxanaya çatdırılıb.

Buşehr əyalətinin rəsmiləri silahlıların hadisə yerindən qaçdıqlarını və onların saxlanılması üçün axtarış əməliyyatlarının başlanıldığını deyib.  

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

17 + sixteen =

Tarix

booked.net booked.net
%d bloggers like this: