İran parlamentinin qəbul etdiyi qanuna görə, bu ölkədə xarici valyutaların daşınması, saxlanması qanunsuz sayılaraq qaçaqmalçılıq nümunəsi kimi qəbul ediləcək və cinayət əməli sayılacaq.
Təbriz Turan TV xəbər verir ki, yeni qanuna görə, valyuta sahibləri qaçaqmalçılığa görə cəzalandırılmamaq üçün 3 ay ərzində aktivlərini sistemdə qeydiyyatdan keçirməlidir.
Məlumatda qeyd olunur ki, əgər xarici qeyd olunan müddətdə aktivləri sistemə yerləşdirilməsə, bu, qaçaqmalçılıq hesab olunacaq.
Qeyd olunub ki, xarici vətəndaşlar İrana səfər edərkən hər nəfər 10 min avro və ya onun dəyərində digər xarici valyuta ölkəyə gətirə bilər.
Xarici vətəndaşlar ölkədən hava yolları vasitəsilə 5 min avro, quru yollar ( dəmir yolları və dəniz vasitəsi) ilə 2 min avro və ya onun dəyərində digər xarici valyuta ölkədən çıxara bilər.