İranda xristianlığı qəbul etmiş iki nəfər bir illik cəzasını çəkmək üçün Buşehr Həbsxanasına göndərildi.

Bu cümə axşamı, noyabrın 11-də xristianlığı qəbul edən Sasan Xosrəvi və Həbib Heydəri həbs cəzalarını çəkmək üçün Buşehr həbsxanasına göndərilib.
HRANA-nın İnsan Haqları fəallarının xəbər agentliyinin Mohabbat News-a istinadən verdiyi məlumata görə, Buşehr İnqilab Məhkəməsi bu ilin iyun ayında digər cəzalarla yanaşı, onların hər birinə bir il həbs cəzası verib. Sonradan bu hökmləri apellyasiya məhkəməsi də qüvvədə saxlayıb.
Xosrəvi və Heydəri bu cəzaları “rejim əleyhinə təbliğat” ittihamı ilə alıblar. Onlar həmçinin “milli təhlükəsizliyə zidd fəaliyyət” və “rejim əleyhinə qrupa üzv olmaq” kimi daha iki ittihamla üz-üzə gəlmişdilər, lakin hər ikisinə bəraət qazandırdılar.
1 iyul 2019-cu ildə kəşfiyyat agentləri Xosrəvi və Heydəri Buşehrdə həbs edərək iki həftədən sonra 300 milyon tümən girov müqabilində sərbəst buraxdılar. Saxlandıqları müddət ərzində məhbuslar təkadamlıq kamerada saxlanılıb və vəkillə görüşə icazə verilməyib. Onları videoya çəkilmiş etiraf da etməyə məcbur ediblər.
İslam qanunlarına görə xristianların dini azlıq kimi tanınmasına baxmayaraq, təhlükəsizlik xidməti müsəlmanların xristianlığı qəbul etməsi məsələsini xüsusi həssaslıqla izləyir və xristianlığı qəbul edənlərlə sərt davranır.
İran rejimi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinə eyni zamanda Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq qanunun 18-ci maddəsinə rəğmən, hər bir şəxsin din, əqidə azadlığı və bunu açıq şəkildə ifadə etmək hüququna malik olduğunu bildirməsinə baxmayaraq, xristianlığı hədəf alır.