İranı etiraz aksiyaları bürüdü: 60-dan çox şəhərdə müəllimlər mitinq keçirib – FOTO

gun az article

Dekabrın 2-də İranın 60-dan çox şəhərində ibtidai və orta məktəblərdə, eləcədə ali təhsil ocaqlarında çalışan müəllimlərin dinc etiraz aksiyaları davam edib.

Təbriz Turan TV xəbər verir ki,yayılan məlumata əsasən, dünən İranın Loristan, Əlbürz, Tehran, Xuzistan, Yəzd, Kirmanah, Kohkiluye və Boyer Əhməd, Şimali Xorasan, Gilan, Fars, Simnan, Qəzvin, İsfahan, Sistan-Bəlucistan, Mazandaran, Qərbi Aərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Çaharmahal və Bəxtiyari, Mərkəzi, Zəncan, Həmədan, Qorqan, Rəzəvi Xorasan və Kirman əyalətlərinin şəhərlərində on minlərlə müəllim aksiyalara qatılıb.

Əllərində plakartlar gəzdirərək dinc etirazlarda iştirak edən müəllimlər, müəllimlərin, o cümlədən də ali təhsil ocaqlarının elmi heyətlərinin üzvü olan müəllimlərin maaşlarının 80 faizə qədər artırılmasını, müqavilə əsasında çalışan müəllimlərin rəsmən işə götürülməsini, təhsil sistemində isə ayrı-seçkiliyə son qoyulmasını tələb ediblər.

Müəlllimlərin indikki ağır məişət və güzəranına eiraz bildirən aksiya iştirakçıları həmçinin təqaüdə çıxmış müəllimlərin maaşlarının qaldırılmasını, evi olmayan müəllimlərin mənzil probleminə baxılmasını, əvvəlki etirazlarda hökumət qüvvələri tərəfindən həbs edilən müəllimlərin azadlığa buraxılmasını tələb ediblər.

Dinc etiraz aksiyalarında həbs edilib-edilməyənlər barədə hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, İranda müəllimlər son həftə və aylarda İranın 50 şəhərində oxşar etiraz aksiyaları keçirsələr də, istər əvvəlki hökumət, istərsə də İbrahim Rəisi hökuməti müəllimlərin haqlı tələblərini yerinə yetirməkdən imtina edib.

Müəllimlər isə tələbləri yerinə yetirilməyincə, etiraz aksiyalarını davam etdirəcəklər. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

six + two =

Tarix

booked.net booked.net
%d bloggers like this: