“Routers” agentliyi İranın Ali Milli Təhlükəsizlik Şurasının başçısı Əli Şəmxaniyə istinadən yaydığı xəbərdə nüvə danışıqlarının davamının dahada çətinləşdiyini yazıb.
Təbriz Turan TV xəbər verir ki,“İran hökumətinin yüksək rütbəli təhlükəsizlik rəsmisi bazar ertəsi bildirib ki, 2015-ci il nüvə sazişini xilas etmək üçün danışıqlarda irəliləyiş daha çətin olacaq, çünki Qərb gücləri özlərini bütün təşəbbüslərin sahib kimi göstərirlər”-deyə, Routers Şəmxaniyə istinadən bildirib.
Ali Milli Təhlükəsizlik Şurasının katibi fevralın 13-ü axşam yaydığı tvittdə Vyana danışıqlarında İranı təmsil edən heytin başçı Əli Baqiri ilə telefon əlaqəsi saxladığını yazıb.
“Müzakirəçilərin Tehranın məntiqi və hüquqi mövqeyini irəli aparmaqda çətinlikləri artır və Qərb tərəflərinin öhdəliklərdən yayınma təşəbbüsü çoxalır”-deyə, Əli Şəmxani, Baqiri ilə telefon danışığından sonra gəldiyi qənaəti paylaşıb.