İranın Çahar Mahal və Bəxtiyari əyalətində su üsyanı davam edir: Rejim əleyhinə kəskin şüarlar səsləndirilib – FOTOLAR

Noyabrın 22-də İranın Çahar Mahal və Bəxtiyari əyalətinin Şəhri Kürd şəhərində əkinçilərin bir gün əvvəldən başlanan su qıtlığna qarşı dinc etirazları davam edib, rejimə qarşı daha kəskin şüarlar səsləndirilib.

Yayılan məlumata əsasən, ostandarlıq binası qarşısında və Şəhri Kürdün daha bir neçə məhəlləsində toplaşan miunlərlə etirazçı Çahar Mahal və Bəxtiyari əyalətinin suyunun digər əyalətlərə, o cümlədən də İsfahan, Yəzd və Kirmana yönləndirilməsinə, rəsmilərin yerli əkinçilərin ağır durumuna biganə yanaşmasına etiraz bildiriblər.

Etirazçılar dünən rəsmilərə qarşı səsləndirdikləri şüarlarda ilk dəfə olaraq,rəsmiləri  problemləri həll edilməyəcəyi təqdirdə silahla sarılacaqları ilə təhdid ediblər. 

“Bura Çahar Malaldır, burdan su aparmaq olmaz”, Mafiaya ölüm”, “Dövlət teleradiomuz bizim üçün utanc, birabırçılıqdır” və “Qorxun o gündən ki, elimiz və tayfamız Berno silahına sarılsın” və bu kimi digər şüarlar səsləndirən etirazçı kəndlilər və əkinçilər əyalət sakinlərinin üzləşdiyi su çatışmazlığının, eləcə də içməli su probleminin aradqan qaldırılmasını tələb ediblər.

Xatırladaq ki, noyabrın 19-da İranın İsfahan şəhərində də yüz minlərlə əkinçi hökumətin tarixi Zayəndərud çayını qurutmasına qarşı etiraz mitinqi keçirmişdilər.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

19 − two =

Tarix

booked.net booked.net
%d bloggers like this: