İranın dini saytı Azərbaycan plovunu “erməni mətbəxi” kimi təqdim edib: “Erməni plovunun hazırlanma qaydası”

Təbriz Turan TV xəbər verir ki, “shia-news” saytı yazır: “Erməni plovu” müxtəlif inqrediyentlərlə hazırlanan Ermənistanın dadlı yeməklərindən biridir.

Toyuqlu səbzi plov, plov yeməkləri qrupuna daxil olan daha bir dadlı və beynəlxalq yeməkdir. Yazının davamında səbzi plovun bişirilmə qaydası 10 mərhələdə izah edilir.

Qeyd edək ki, öz mədəniyyəti, musiqisi, milli yeməkləri və qədim adət-ənənələri olmayan köçəri ermənilər daim Azərbaycan mədəniyyətini, musiqisini, milli oyunlarını, xalçasını, yeməklərini və digər milli dəyərlərini özününküləşdirməklə beynəlxalq aləmdə “erməni” adı ilə qeydiyyata almağa çalışırlar. Lakin İran saytlarının bu məsələdə işğalçı bir ölkəyə dəstək verərək Azərbaycanın qədim milli yeməyi olan plovu “erməni mətbəxi” kimi təqdim etməsi düşündürücüdür, eyni zamanda dərin təəccüb və təəssüf doğurur.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

5 × three =

Tarix

booked.net booked.net
%d bloggers like this: