İranın dövlət şirkəti Şərqi Azərbaycan adını təhrif edib

İranın dövlət şirkəti olan “Asanpərdaxt Perşiyan” onlayn ödəniş şirkətinin yeni ödəniş qəbzlərində Şərqi Azərbaycan əyalətinin adını təhrif edib.

Təbriz Turan TV xəbər verir ki, şərqi Azərbaycan əyalətinin “Təbriz əyaləti” kimi yazılması əhali və sosial media istifadəçilərinin etirazları ilə qarşılaşıb.

Bu İranda hökumət və hökumət qurumlarının Azərbaycan adına qarşı qərəzli münasibətlərinin davamıdır.

Bundan öncə İran Rabitə və İnnovasiyalar Nazirliyinin Təbrizdəki bölməsinin  Şərqi Azərbaycan əyalətinin adını dəyişdirərək “Azər” əyaləti yazması narazılıqlara səbəb olmuşdu.

İranın keçmiş səhiyyə naziri Səid Nəməki isə 2020-ci ilin iyul ayında rəsmi sənəddə Şərqi Azərbaycan əyalətinin adını dəyişdirərək “Azər Şərqi”, Qərbi Azərbaycan əyalətinin adını isə “Mahabad” olaraq qeyd edib.

Qeyd edək ki, uzun illərdir Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) bölgəsinə gəlmə etnik kürdlər iddia edir və bu bölgənin Qərbi Azərbaycandan ayrılaraq müstəqil əyalətə çevrilməsini istəyirlər.

Hal-hazırda İranın Dövlət Radio və Televizya Şirkətinin rəsmi saytında kürdlərin iddia etdikləri Mahabadın adı əyalətlər sırasında yazılıb və ora ilə bağlı xəbərlər  Qərbi Azərbaycan əyalətindən ayrı olaraq dərc olunur.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

two × 2 =

Tarix

booked.net booked.net
%d bloggers like this: