İranın dövlət televizyası Rusiyanın Ukraynaya hücumunu “Rusiyanın xüsusi əməliyyatı” kimi təqdim edib.
Təbriz Turan TV xəbər verir ki, bu sosial media istifadəçilərinin etirazları ilə qarşılaşıb.
Səhər saatlarında canlı verilişdə yayımlanan titr bir neçə saat sonra dəyişdirilərək “Rusiyanın Ukraynanın şərqinə hücumu” kimi verilib.
İranın rəsmi dövlət mediası və dövlət qurumlarına yaxın mətbuat orqanları Rusiyanın hücumu ilə bağlı qərb ölkələri və NATO-nu günahkar kimi qələmə verirlər.