İranın İrşad və Mədəniyyət Nazirliyinin rəsmi saytına haker hücumu olub

Martın 31-də İranın İrşad və Mədəniyyət Nazirliyinin rəsmi veb-saytına haker hücumu olubş. Nazirlik faktı təsdiqləyib.

Təbriz Turan TV xəbər verir ki,Nazir müavini Yasir Əhmədvənd bəyan edib ki, Mədəniyyət və İslami İrşad Nazirliyinin sistemlərinə kiberhücumdan sonra texniki həmkarlar, ekspertlər və məsləhətçilər problemin aradan qaldırılması üçün intensiv işlərə başlayıblar.

Tehran rejiminə müxalif təşkilatlar nazir müavininin saytdan heç bir məlumatın oğurlanmaması ilə bağlı iddialarını əsassız sayıb və çox həcmdə məlumatların götürüldüyünü yazıblar.

2022-ci ilin başlamasından bu yana İranın müxtəlif mətbuat orqanları, dövlət qurumları və əhəmiyyətli starateji-iqtisadi mərkəzlərinin saytlarına oxşar hücumlar edilib.

Müxalif təşkilatlar tərəfindən həyata keçirilən hücumların qarşısını almaqdan aciz olan İran hökuməti bunu Amerika və İsrailin üzərinə atıb. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

1 × 3 =

Tarix

booked.net booked.net
%d bloggers like this: