Aprelin 1-i səhərə yaxın İranın cənub-qərbində yerləşən Mahşəhr Neft-Kimya Xüsusi Bölgəsində baş verən partlayış nəticəsində “Kavoşqaran” Neft Emalı Şirkətinin obyektləri güclü yanğın meydana gəlib.
Təbriz Turan TV xəbər verir ki,İran rəsmiləri partlayışla bağlı verdikləri ilkin açıqlamalara görə, hadisə nəticəsində iki nəfər yaralanıb.
Onlar partlayış və yanğının səbəbləri barədə açıqlama vermədən, məsələnin araşdırılması ilə bağlı qrup yaradıldığını deyiblər.
Qeyd edək ki. bundan öncədə bu və yaxın bölgələrdə yerləşən neft-kimya zavodları, əhəmiyyətli müəssisələrdə partlayış və yanğınlar baş verib.
İran rəsmiləri bu partlayışların səbəbi barədə dolun məlumat verməsələr də, müstəqil media və mütəxəssislər yanğınların İranın həyati əhəmiyyət daşıyan və strateji mərkəzlərinə edilən kiberhücumlar nəticəsində baş verdiyini bildirirlər.
Qeyd edək ki, bir sıra qaynaqlar isə partlayışın pilotsuz təyyarələrin hücumu nəticəsində baş verdiyini yazır, partlayış səsinin onlarla kilometrə uzaqda eşidildiyini qeyd ediblər.
Onlar, partlayışdan sonra İran İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat mühafizə qüvvələrinin Məhşəhr Neft-Kimya Xüsusi Bölgəsindəki “Kavoşgaəan” Neft Emalı Şirkətinin ərazisinə daxil olduqlarını bildirirlər.