İranın onlarla şəhərində etiraz aksiyası keçirilib: Polis narazı müəllimlərə zor tətbiq edib – FOTO+VİDEO

Bu gün İranın 10-dan çox şəhərində on minlərlə müəllim etiraz aksiyası keçirib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, müəllimlər öz peşə fəaliyyətləri ilə bağlı dinc şəkildə etirazlarını ifadə ediblər. Buna baxmayaraq etirazçılar bir neçə şəhərdə, o cümlədən də Tehranda və Şirazda polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıblar.

Əllərində müxtəlif tələblər yazılmış plakatlar tutan, əvvəlki aksiyalarda həbs edilən həmkarlarının azadlığa buaxılmasını tələb edən müəllimlər dolanışığın çətin olduğunu bildirib, maaşlarının artırılmasını və hökumətin müəllimlərin istəklərinə cavab veməsini tələb ediblər.

Yayılan məlumata görə, mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçı müəllimlərə qarşı zorakılığa əl atması bir neçə yerdə müəllimlərlə hökumət qüvvələrinin qarşıdurmasına səbəb olub.

 Müəllim təşkilatlarının bildirdiyinə görə, İranın təhlükəsizlik qurumları dünən 100-dən çox aktivist müəllimi  ETTELAAT idarəsinə çağıraraq təhdid edib.

Onlardan bugünkü etirazlara qatılmamaq tələb olunub.

Hazırda Tehranda və Şirazda polis və təhlükəsizlik qüvvələrinin müəllimlərin etiraza çıxdığı küçə və meydanlarda nəzarəti gücləndirməyə, polis rejimini hakim etməyə çalışdığı bildirilir. 

Müəllimlərin dinc etirazlarında həbslərin olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb. 

Qeyd edək ki, İranda müəllimlər son həftə və aylarda İranın 60-dan çox şəhərində oxşar etiraz aksiyaları keçirsələr də, istər əvvəlki hökumət, istərsə də İbrahim Rəisi hökuməti onların haqlı tələblərini yerinə yetirməkdən imtina edib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

five × five =

Tarix

booked.net booked.net
%d bloggers like this: