İranın Qızıl Aypara Cəmiyyəti: Hormozqan zəlzələ bölgəsində 229 min insan üçün çadır qurmaq imkanımız yoxdur

“Hormozqan zəlzələ bölgəsində ardıcıl zəlzələlər hələ iki ay davam edəcək və 229 min insan burada zəlzələ təhlükəsi altındadır. Amma bizim burada o qədər insan üçün çadır qurmaq imkanımız yoxdur. Biz sadəcə evləri dağılmış insanlar üçün 3 min 180 çadır tədarükü görmüşük”.

Təbriz Turan xəbər veir ki,bunu Qızıl Aypara Cəmiyyətinin başçısı Məhəmmədhəsən Qovsian Müqəddəm deyib.

O əlavə edib ki, 6.4 və 6.3 bal gücündəki iki böyük zəlzələdən sonra ard-arda onlarla zəlzələ baş verib və buna görə də insanlar gecə-gündüz evlərinə girməyə qorxaraq küçələrdə gecələyirlər.

Müqəddəm habelə qeyd edib ki, “Biz ancaq evləri zəlzələ nəticəsində zərər görmüş insanlar üçün çadır paylamışıq və burada yaşayan 229 min insan üçün çadır tədarükümüz yoxdur”.

Xatırladaq ki, İran Seysmoliji Mərkəzinin rəhbəri İsmail Bayramnejad deyib ki, bölgədə zəlzələlər iki ay davam edəcək və burada 6 bal gücündə, hətta daha yüksək zəlzələlər meydana gələ bilər.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

7 + 17 =

Tarix

booked.net booked.net
%d bloggers like this: