İranın Qum şəhərində Xomeyninin heykəli yandırılıb-VİDEO

Son aylar İranın bir çox bölgələrində islam inqilabının lideri Ruhulla Xomeyni, hazırkı ali rıəhbəri Əli Xamneyi və SEPAH-ın “Qüds” briqdasının öldürülümş komandiri general Qasım Süleymaninin heykəl və şəkillərinin yandırılması adi hal alıb.

Təbriz Turan TV xəbər verir ki, bu qəbildən olan növbəti aksiya martın 30-da Qum şəhərinin “Mərcəiyyət” küçəsində baş verib. Sözügedən küçədə ucaldılan Ruhullah Xomeyninin heykəli yandırılıb.

Narazılar “islam inqilabı”nın banisinin heykəlinə benzin tökərək od vurub və sosial mediada bunu molla hakimiyyətinin təməllərinin sarsılması, vətəndaşların rejimdən olan qorxularının azalmasının nümunəsi kimi yayıblar. 

Qeyd edək ki, bir müddət bundan öncəyə kimi İranda ali rəhbər Əli Xamneyinin yumşaq formada tənqid olunması belə təsəvvür olunmurdu.

Lakin hazırda İranda durum dəyişib.

İndi davamlı olaraq ona ali rəhbərə qarşı şüarlar səsləndirilir, onun müxtəlif şəhərlərdə quraşdırılan şəkilləri yandırılır. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

one + four =

Tarix

booked.net booked.net
%d bloggers like this: