İranla aparılan nüvə danışıqları dayandırıldı

Təbriz Turan TV xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici siyasət rəhbəri Josep Borrell cümə günü özünün Tvitter hesabında yazıb.

Avropa Birliyinin xarici siyasət rəhbəri Josep Borrell cümə günü özünün Tvitter hesabında yazdığı məlumata görə, Vyanada nüvə danışıqlarının (Bərcam) bərpası ilə bağlı danışıqların dayandırılması “xarici amillər”lə bağlıdır.

Onun yazdığına görə, sazişin yekun mətni hazırdır və masa üzərindədir.

Cənab Borrell mövcud maneələri aradan qaldırmaq və razılığa gəlmək üçün danışıq aparan tərəflər və Amerika ilə işləməyə davam edəcəyini vurğulayıb.

“Vyana danışıqlarında elan edilən fasiləni qalan məsələlərin həllinə və yekun qayıdışın yolunu aça bilər. Dialoqda uğur qazanmaq bütün tərəflərin əsas diqqət mərkəzində olacaq. Kollektiv sazişə doğru hərəkət etmək üçün bizim ümumi iradəmizə heç bir xarici faktor təsir etməyəcək”-deyə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə özünün Tvitter hesabında yazıb.

Avropa Birliyinin nümayəndəsi və nüvə danışıqlarının koordinatoru Enrike Mora, danışıqların dayandırıldığı barədə yayılan açıqlamadan bir neçə dəqiqə sonra Vyanada jurnalistlərə bildirib ki, danışıqların tezliklə bərpa olunacağına ümid etdiyini və demək olar ki, bir sıra məsələlərdə razılığa gəlindiyini iddia edib.

Danışıqların təxirə salınması ilə bağlı “xarici amillər” dedikdə nəyin nəzərdə tutulduğu aydın deyil. Bundan əvvəl Rusiyanın Amerika və Avropadan İrana qarşı sanksiyaların ləğvindən sonra Moskvanın Tehranla ticarətini davam etdirəcəyinə dair yazılı təminat istəməsi barədə məlumatlar yayılmışdı. 

Koburq otelinin qarşısında jurnalistlərə açıqlama verən Rusiyanın Vyanadakı nümayəndəsi Mixail Ulyanov deyib ki, danışıqlarda nəticəyə gəlmək tək Rusiyadan asılı deyil, öz aralarındakı problemləri həll etməli olan başqa oyunçular da var.  

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

fifteen − 6 =

Tarix

booked.net booked.net
%d bloggers like this: