İranlı qadın Amerikada terrora cəhd göstərib

O, münasibətdə olduğu amerikalı sevgilisini “Qasım Süleymaninin qısasını almaq” məqsədilə bıçaqlayıb.

Amerikanın Las Veqas şəhərində yaşayan 21 yaşlı iranlı qadın Niku Nikbin amerikalı sevgilisi ilə görüş təyin etdikdən sonra “Qasım Süleymaninin qısasını almaq” məqsədilə onu bıçaqlayıb.

Las Veqas polisinin verdiyi məlumata görə, iranlı terrorçu evlənmə saytında tanış olduğu amerikalını hotelə dəvət edib, onun gözlərini bağlamasını istəyib və bundan sonra çantasında olan bıçaqla adı açıqlanmayan amerikalıya zərbələr endirib.

İranlı qadın polis tərəfindən saxlanıldıqdan sonra Amerika hərbçiləri tərəfindən 2020-ci ildə öldürülən Qasım Süleymaninin qısasını almaq niyyəti ilə bu işə əl atdığını deyib.

Polisin verdiyi məluumata görə, hadisə mart ayının 5-də “Sans Steyşen” hotelində baş verib və amerikalı kişinin biçaq zərbələri almasına baxmayaraq həyatını xilas etmək mümkün olub.

İranın panfarsist cərəyanları və hökumətə yaxın sosial media qrupları amerikalı kişi ilə hotel otağında görüşən və polis araşdırmalarından sonra yüngül həyat tərzi keçirdiyi bilinən Niku Nikbini “İranın dişi  aslanı”, “Qasım Süleymaninin fədaisi”, “fars soyunun namus simvolu” və bu kimi başqa ifadələrlə öyüblər.

gun az article

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

15 + 14 =

Tarix

booked.net booked.net
%d bloggers like this: