İranlı sözçü: “MAQATE müfəttişlərinin Kərəcdəki TESA nüvə mərkəzinə baxış keçirməsinə icazə verilməyəcək”

Təbriz Turan TV

İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi Amerikanın Vyanada yerləşən beynəlxalq təşkilatıardakı nümayəndəsi Louis L.Bononun Kərəcdəki TESA nüvə təsisatı barədə son bəyanatına reaksiya verib.

Noyabrın 26-da mediaya açıqlamasında Kamalvəndi iddia edib ki, Kərəcin sentrifuqa hissələrini istehsal edən TESA mərkəzində hər hansı bir nüvə materialı yoxdur.

“Məhz buna görə də, biz Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinin bu mərkəzə baxış keçirməsinə icazə verməyəcəyik”, -deyə İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi bildirib.

Həmin gün İran Atom Enerjisi Təşkilatının rəisi Məhəmməd İslami məsələyə münasibət bildirərək deyib ki, Amerika hökumətinin Kərəcdəki TESA nüvə mərkəzi barədə danışmağa haqqı yoxdur.

“Kərəcdəki TESA nüvə təsisatı məsələsi nüvə razılaşması (“Bərcam”) ilə əlaqədardır. Bu mərkəzdə hər hansı bir nüvə materialı mövcud deyil. Bundan başqa, Amerika hökuməti artıq nüvə razılaşmasından çıxdığına görə bu təsisat barədə fikir irəli sürə bilməz”, -deyə İran Atom Enerjisi Təşkilatının rəisi Məhəmməd İslami bəyan edib.

Xatırladaq ki, Amerikanın Vyanada yerləşən beynəlxalq təşkilatıardakı nümayəndəsi Louis L.Bono noyabrın 25-də Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin iclasında çıxış edərək, İranın nüvə təhdidindən danışıb.

O,  İranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə məkdaşlıqdan boyun qaçırmaqda günahlandıraraq, buna görə rəsmi Tehrana ciddi xəbərdarlıq edib.

“Əgər İran Agentliklə əməkdaşlıqdan imtina etsə və bu yolunu davam etdirsə, bu böhrana baxmaq üçün Agentliyin İdarə Heyətinin növbədənkənar iclasını keçirəcəyik. 

Hesab edirik ki, İran uranı zənginləşdirmək üçün inkişaf etdirilmiş sentrifuqa hissələrinin istehsalı ilə məşğul olan Kərəcin TESA təsisatında müşahidə kameralarının yenidən quraşdırılmasına razılıq verməlidir”, -deyə Louis L.Bono bildirib. 

Qeyd edək ki, 2015-ci ildə imzalanmış nüvə razılaşmasını canlandırmaq üçün Vyanada Qərblə İran arasında aparılan danışıqlarının 7-ci mərhələsinə noyabrın 29-da start veriləcək.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

5 × five =

Tarix

booked.net booked.net
%d bloggers like this: