Təbriz Turan TV xəbər verir ki ,Kəleybərdə tarixi əşya qaçaqmalçılarına qarşı əməliyyat keçirilib. Bu barədə Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının mühafizə bölməsinin başçısı polkovnik Kazım Dadaşi açıqlama verib.
Kazım Dadaşi Kəleybərdə qanunsuz qazıntı aparan tarixi əşya qaçaqmalçılarının saxlanıldığını deyib.
O, bildirib ki, verilən mçəlumatlar əsasında keçirilən əməliyyat nəticəsində Kəleybərin “Kardücin” və “Cındi Şafaq” kəndləri ərazisində iki qaçaqmalçı həbs olunub və onlara aid texniki avadanlıqlar götürülüb.
Dadaşi saxlanılanların barələrində cinayət işinin açılması üçün məhkəmə orqanlarına təhvil verildiklərini bildirib./Günaz.Tv
