Kanadada iranlı qadının oğurlandı+VİDEO

Kanadanın Ontario əyalət polisi cümə axşamı bir qadının Vasaqabiçdəki evindən qaçırıldığını açıqlayıb.

Təbriz Turan TV xəbər verir ki, çərşənbə günü səhər saat 8:30 radələrində polis əməkdaşları Vasaqabiçdəki Trail Pleys-dəki evə çağırılıb və onlara bildiriblər ki, 37 yaşlı Elnaz Hacı Təmiri adlı qadın üç kişi tərəfindən qaçırılıb.

Ontario Əyalət Polisi OPP-nin verdiyi xəbərə görə, Tamiri kimi tanınan Elnaz Hac Təmiri 160 sm boyunda, incə və çiyinlərinə qədər qara saçlı idi.

Polisin məlumatına görə, qaçıranlar Elnazı ağ rəngli yolsuzluq avtomobilində aparıblar.

Polis şübhəlilərin silahlı və təhlükəli üç qaradərili şəxs olduğunu güman edir. Polis xanım Hacı Təmirinin səhhətindən narahatdır.

Elnaz və qaçıranların tapılması üçün polis araşdırması davam edir və ictimaiyyətdən 911-ə zəng etmələri xahiş olunub.

Wasaga Beach, Ontario ştatının Simcoe şəhərində, Torontodan iki saat şimalda yerləşən dənizkənarı şəhərdir. Yayda Vasaqabiç çimərlikləri ideal turizm məkanıdır.

2016-cı il siyahıyaalınmasında bu şəhərin əhalisinin 20.000 nəfər olduğu təxmin edilirdi.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

15 − 2 =

Tarix

booked.net booked.net
%d bloggers like this: