LISANIM AZADLIQ AŞIQIM MƏNIM..!

LISANIM AZADLIQ AŞIQIM MƏNIM..!

 

poemanin son hissesi

…İndi də gəlirəm mətləb üstünə,

Kimlər durub Lisanimin qəsdinə.

Nədir ki, günahı hey həbs edirlər,

Günahsızsa, bəs nə məqsəd güdürlər?

Əziz-xələv edib milli satqını,

Tapdayırlar milli fəxrin haqqını…

Günahsız şəxs Lisanimdir, çox məsum!

Günahkar ,,molla”lar məşumdur məşum.

O xəbislər, o yırtıcı harınlar,

Heç doymaq bilməyən xaşal qarınlar.

Bic hayklar törədən gic qurumsaqlar,

Zorbalar önündə sinən alçaqlar.

Əslində vicdanı təmiz olan kəs,

Lisanimə güldən ağır söz deməz.

Qanmaza haqq sirri məgər agahmı?

Elini, dilini sevmək günahmı?

Sen ey “molla», təsbehini yüz çevir,

Lisalinim elini, dilini sevir.

Eli türklüyümdür, fərasətimdir,

Dili elmim, helmim, cəsarətimdir.

Dönüm türklüyümdən, əfəlləşimmi?

Dönüb müqqəvaya, heykəlləşimmi?

Dilsiz qalib, yadlaramı züy tutum?

Atamımı, Anamımı unudum?

Yurdumumu, yuvamımı itirim?

Elmimi, obamımı itirim?

Budur mənə istədiyim bil, ey fars,

Ey niyyəti bayquş, ey ürəyi pas,

Sən rusdan da xain, rusdan da iblis,

Səndən yalnız haykın ola bilər pis.

Sən onu əzizlə, sən onu yemlə,

Daha nə danışım sən ağlı kəmlə.

Mənim Lisanimdir Bilgə Xaqanım,

O Tonqam, o Metem, o ruhum, canım.

O böyük Türk Oğlu, Türk Ata, Türk Ər!

Ömrü saf yaşamaq hünərdir, hünər!

Lisanim dilimdir, fikrim, sözümdür!

Mərdliyim, sərtliyim, doğrum, düzümdür!

Lisanim keçmişim, gələcəyimdir!

Lisanim Babəkim, Əmin bəyimdir!

Lisanim mənəvi sərvət, varımdır!

Ustad Sabirimdir, Şəhriyarımdır!

Lisanim ömrümdən hər bir anımdır!

Amalım, məsləkim, həyacanımdır!

Lisanim gücümdür, cəsarətimdir!

Onun məhbusluğu xəsarətimdir…

Hey iзtirab çəkib boğulmağımdır,

Gündə min yol ölüb, doğulmağımdır.

Ey Türk, nərə çəkib, nərildə indi,

Məhbəsdəki ən istəkli kəsindi!!!

O baylığa, rəisliyə layıqdı,

O gecələr yatmayır ki, ayıqdı.

O Türkün ağ günü, səadətidir!

Ən uca zirvəsi, nəhayətidir!

Bəs telli sazımda Lisanim kimdir?! –

“Dubeyti”m, “Ruhani”m, “Misri”m, “Cəngi”mdir!

Bəs Qərbdə, bəs Şərqdə Lisanim kimdir?! –

O Qərbdə Benjamin Franklintimdir!

Şərqdəsə Manddella Nilsonumdur O!

Sonuncu ən ali insanımdır O!

O tabutdan insanlığı qaldırır,

Aclıqla toxluğa zəfər çaldırır.

Bu aclıq Tanrımın sərt sınağıdır,

Bu aclıq Tanrımın bərk qınağıdır.

Haqqın dərgahında ölçü-mizan var,

Hər insanın əməlini yazan var.

Gor gerçək, qeybin də aynası gerçək,

Qiyamətdə hamı cavab verəcək.-

Bəni-Adəm dönər ilk təməlinə,

Hamı cavab verər öz əməlinə.

Lisanim İbrahim millətim mənim!

Lisanim İsmayıl hümmətim mənim!

Lisanım silsilə Qafqas dağları!

Lisanim Gülüstan-İrəm bağları!

Onun yeri haqq dərgahda ucadı!

Çünki odur insanlığın nicatı!

Cümlə Türkün Ən Birinci Oğlu O!

Bəşərin də Nadir İnci Oğlu O!

Lisanim saf qəlbim, saf eşqim mənim!

Lisanim Azadlıq aşiqim mənim!

Lisanim kim, kimdir bilənim mənim!

Lisanim taleyi gülənim mənim!

Lisanim haqqı düz bölənim mənim!

Axır mətləb üstə gələnim mənin!

Lisanim yenilməz vüqarım mənim!

Lisanim əbədi baharım mənim!

Gözümün ağ-qarasısan Lisanim!

Türkün ciyər-parasısan Lisanim!

Günəşin al Günəşisən Lisanim!

Fələyin düz gərdişisən Lisanim!

Məsum körpə gülüşdüsən Lisanim!

Dünyaların behiştisən Lisanim!

Sən Türklüyün kamalısan Lisanim!

Füzulimin xəyalısan Lisanim!

Vətənimin səfasısan Lisanim!

Millətimin şəfasısan Lisanim!

Turanımı Quranımsan Lisanim!

Bütöv Azərbaycanımsan Lisanim!

Həm dağım, həm aranımsan Lisanim!

Iranım yox, Turanımsan Lisanim!

Saf könlümün toxluğusan Lisanim!

Şıxlığısan, şuxluğusan Lisanim!

Sən Tanrımın heyrətisən Lisanim!

Ən istəkli xilqətisən Lisanim!

Ruhum, canım, bədənimsən Lisanim!

Vətənimsən, Vətənimsən Lisanim!

Ata-baba əsli safsan Lisanim!

Sözü sərraf, nəsli safsan Lisanim!

Türkün ortaq məxrəcisən Lisanim!

Idrakının var-gücüsən Lisanim!

Burda yetsin sözüm sona Lisanim!

Xoşbəxt səni doğan Ana Lisanim!

Türk ölməz, Lisanim diriliyimdir!

Həm elmim, həm helmim, həm birliyimdir!

Möhtəşəmdir Türk millətim Lisanim!

Fəzailəm – fəzilətim Lisanim!

Fəzail İsmayıl Böyükkişi

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

14 + eighteen =

Tarix

booked.net booked.net
%d bloggers like this: