Mədənlərin qaydasız istismarı Zəngan yollarını dağıdıb

Zəngan əyalətinin Xudabəndə şəhərinin Şəhər Şurasının üzvü və Zənganın Əyalətlər Şurasındakı nümayəndəsi Məcid Usanlu mədən istismarçılarının qaydasız fəaliyyətlərinin bölgə yollarına ciddi ziyan vurduğunu deyib. 

“Bir sıra dövlət qurumları iqtisadi, ictimai və mədəni şərtləri nəzərə almadan bir çox təşkilatların mədən sahəsindəki fəaliyyətlərinə icazə veriblər. Bu qısa müddətdə bir çox şirkətin göbələkvari ortaya çıxmasına və bölgəyə əlavə problemlər yaratmalarına səbəb olub”-deyə, Usanli bildirib. 

O, son dörd ildə mədənçilərin yarıtmaz və qeyri-standart fəaliyyəti nəticəsində Xudabəndə mahalının əksər yollarının aradan getdiyini, infrastrukturun ciddi xəsarət aldığını, bunun qarşılığında mədən gəlirlərindən yolların bərpasına vəsait ayrılmadığını qeyd edib. 

Zənganın Əyalətlər Şurasındakı nümayəndəsi bununla yanaşı bu fəaliyyətlərin bölgənin ekoloji tarazlığını pozduğunu deyib və mahalın əsas su qaynağı olan iki bulağın, yüzlərlə hektar yaşıllıq zolağının məhv olmaq üzrə olduğu barədə xəbərdarlıq edib. 

“mahalda olan bir sıra mədənlər əhək daşlarından ibarətdir. orada istixrac üçün həyata keçirilən partlayışlar nəticəsində əmələ gələn zəhərli toz ətraf mühitin zərər görməsinə, bölgə əhalisinin sağlamlıqlarının təhlükəyə düşməsinə səbəb olur”-deyə, Məcid Usanlu xəbərdarlıq edib. 

O, özünün və bir sıra ətraf mühit fəallarının bu gedişatı durdurmaq üçün hərəkətə keçməyə hazırlaşdıqlarını deyib. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

two × three =

Tarix

booked.net booked.net
%d bloggers like this: