
İranda 1988-ci il edamlarında əli olan keçmiş məhkəmə işçisi Həmid Nurinin 39-cu məhkəmə iclası keçirilib.
“Azad İran” Telegram kanalı xəbər verir ki, Albaniyanın Durres şəhərində keçirilən məhkəmə iclasında sabiq siyasi məhbus Əkbər Səmədi şahid və şikayətçi qismində ifadə verib.
1981-ci ildə 14 yaşı olarkən “Xalq Mücahidləri Təşkilatı”nı dəstəkləmək ittihamı ilə tutulan Səmədi ömrünün 10 ilini Qohərdəşt və Qızılhesar kimi zindanlarda keçirib.
Səmədi bildirib ki, Qohərdəşt zindanında Davud Ləşkərini içərisində insanları dar ağacından asmaq üçün istifadə olunan kəndirlə dolu araba sürdüyünü görüb.
Bundan öncəki məhkəmədə də Nasiriyan adlı başqa bir şahid Davud Ləşkəri və Həmid Abbasinın məhkumlara işgəncə verdiklərini demişdi.
Səmədi özü ilə, edam edilmiş 177 siyasi məhbusun adı olan list gətirib və bildirib ki, onda Evin zindanında, eləcə də Qorqan şəhərində və Xuzistanda edam edilmiş 377 nəfərin siyahısı var.
O, Həmid Nuri ilə bağlı qeyd edib ki, Nuri o vaxt Murtuza Səmədi adlı şəxsi ad oxşarlığı səbəbindən səhv salaraq Seyid Murtuza Yəzdinin əvəzinə edam edib.