Makıda məhbus intihar edib

Azərbaycanın güneyi Makı şəhərinin mərkəzi zindanında saxlanılan məhbus Məhəmməd Dirəfşi özünü yandıraraq intihara cəhd edib.

Təbriz Turan TV xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məhbusun bundan öncə zindan və məhkəmə məsullarının onun işinə baxmadıqları, qeyri-müəyyən şəraitdə saxladıqlarına etiraz olaraq bir həftə aclıq aksiyası keçirdiyi deyilir.

Məlumatda Məhəmməd Dirəfşi zindan məsullarına çox saylı müraciət etməsindən nəticə ala bilmədiyi üçün özünü yandıraraq intihara cəhd göstərib və hal-hazırda zindanın tibb məntəqəsinə yerləşdirilən məhbusun durumunun ağır olduğu bildirilir. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

six + 8 =

Tarix

booked.net booked.net
%d bloggers like this: