Təbriz Turan TV
Şərqi Azərbaycan əyalətinin Marağa mahalında yüzlərlə məktəbli müxtəlif problemlər ucbatından təhsilini yarımçıq qoymağa məcbur olub.
Onların təhsillərini yarımçıq tərk etmələrinin əsas səbəbi yoxsulluq, qızların az yaşda evlənməyə məcbur edilməsi, az yaşlı uşaqların işə cəlb olunmasıdır.
Şərqi Azərbaycan valisinin müavini və Marağa şəhərinin fərmandarı Seyid Əli Musəvi mediaya verdiyi açıqlamada təhsilini yarımçıq qoyan 404 şagirdin 152-nin yenidən təhsilə cəlb olunmaları mümkün olsa da, qalan 252 şagir məktəblərə geri qayıtmayıb.
Qeyd olunan şagirdlər əsasən Marağanın şəhərətrafi məhəllələrində və kəndlərdə yaşayan aztəminatlı ailələrin uşaqlarıdırlar.
Marağa fərmandarı məsələ ilə bağlı verdiyi açıqlamada mahalda təhsil sahəsinin başqa problemlərindən danışaraq, Marağada təhsil ocaqları və təhsil işçilərinin çatışmamazlığını bildirib.
Hazırda Marağa mahalında 51 min məktəbli 550 məktəbdə təhsil alır və yeni qurulan məktəblərin əksəriyyəti yerli xeyriyyəçilərin hesabına tikilib.

Seyid Əli Musəvi