Marağanın tarixi rəsədxanası acınacaqlı durumdadır

Şərqi Azərbaycanın Marağa şəhərinin fərmandarı Davud Əsədiyan mediaya verdiyi açıqlamada şəhərin tarixi rəsədxanasının acınacaqlı durumda olduğunu deyib.

Təbriz Turan TV xəbər verir ki, “Tarixi rəsədxana bundan daha acınacaqlı və baxımsız durumda saxlanıla bilməz. Bu, qəbuledilməz haldır”-deyə, Davud Əsədiyan bildirib.

O, 800 illik tarixi olan rəsədxananın türistlərin ziyarətinə açılması üçün ciddi təmir və bərpa işlərinə ehtiyac olduğunu, bunun üçün yetərli büdcə ayrılmadığını söyləyib.

Qeyd edək ki, Marağa rəsədxanası 1259–cu ildə Hülaku xanın əmri ilə Azərbaycan ərazisindəki Marağa şəhərində tikilib. Rəsədxananın banisi görkəmli azərbaycanlı alim Nəsirəddin Tusidir.

Rəsədxana Azərbaycanın ən önəmli tarixi abidələrindən biri olmasına, ölkənin milli əsərlər siyahısında qeydə alınmasına baxmayaraq, onun təmiri və saxlanılması üçün büdcə ayrılmır.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

nineteen − three =

Tarix

booked.net booked.net
%d bloggers like this: