Mazandaran əyalətinin “Miyankala” qoruq bölgəsində yerli ovçularla hökumət məmurları arasında silahlı qarşıdurma baş verib.
Təbriz Turan TV xəbər verir ki, Bu barədə “Amerikanın səsi”nin fars bölməsi məlumat yayıb.
Hadisə fevralın 10-da olub. 100-dən çox ovçun hökumətin onlara ov icazəsi verəməməsinə etiraz olaraq qoruq bölgəsinə hücum edib.
Məlumatda silahlı qarşıdurmanın 72 saat davam etdiyi və fevralın 11-i axşam saatlarında başa çatdığı qeyd olunub.
İnsident zamanı 4 hökumət məmurunun güllə yarası aldığı, bir neçə ovçunun saxlanıldığı və başqa ovçuların saxlanılması üçün bölgədə geniş axtarış əməliyyatlarının başladıldığı deyilir.