Milli fəal Rza Vasiqi Ərdəbil zindanına qayıdıb

Rza Vasiqi Ərdəbil zindanına geri qayıdıb.

Təbriz Turan TV aldlğı məlumata görə ,Məzuniyyət müddəti bitən milli fəal Rza Vasiqi noyabrın 24-də iki illik həbs cəzasının qalan hissəsini çəkmək üçün Ərdəbil zindanına qayıdıb.

Rza və Əli Vasiqi qardaşları 2020-ci il iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərinə təhlükəsizlik məmurlarının hücumu nəticəsində saxlanılıb.

Saxlanılma zamanı onlar məmurlar tərəfindən zorakılığa məruz qalıb və döyülüb.

Gecə bülletenləri çap edib yaymaqla “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə cəhd”də ittiham edilən milli fəallar iki il həbsə məhkum ediliblər.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

one × two =

Tarix

booked.net booked.net
%d bloggers like this: