MİT və MOSSAD Türkiyədə İran terrorçularına qarşı əməliyyat keçirib- 9 nəfər həbs olunub

Türkiyədə İran terrorçularına qarşı əməliyyat keçirilib. Bu barədə Türkiyə mediası məlumat yayıb.

Təbriz Turan TV xəbər verir ki,  Türkiyə İstihparat Təşkilatı (MİT) və İsrailin Kəşfiyyat və Xüsusi Əməliyyatlar Təşkilatının (MOSSAD) keçirdiyi əməliyyat nəticəsində Türkiyədə İran kəşfiyyatına bağlı olan terror dəstəsi ifşa edilib.

Verilən məlumata görə, türkiyəli yəhudi iş adamı Yair Gellərə qarşı planlaşdırılan terror əməliyyatında adı keçən 9 İran agenti həbs olunub.

Terror dəstəsinin iş adamına sui-qəsd həyata keçirməklə Türkiyə-İsrail arasında yumşalmaqda olan münasibətləri gərginləşdirmək niyyəti güddükləri bildirilir.

Qeyd edək ki, bu cari ildə Türkiyədə sui-qəsd törətmək istəyən İrana bağlı ikinci casusluq şəbəkəsinin ifşasıdır.

Bundan öncə yanvarın 9-da Türkiyədə yaşayan İran hökumətinin müxalifi olan şəxsin oğurlanaraq İrana aparılması üçün təşkil olunan 17 nəfərdən ibarət casus şəbəkəsi MİT tərəfindən həbs olunub.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

2 × 3 =

Tarix

booked.net booked.net
%d bloggers like this: